MAQATE rəhbəri Ukraynada: 12 ci səfər...

04.06.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

MAQATE baş direktoru Rafael Qrossi iyunun 3-də Ukraynaya səfər edib. O, ölkənin energetika naziri German Qaluşenko ilə görüş keçirib.

Axar.az xəbər verir ki, bu barədə MAQATE rəhbəri X hesabında məlumat verib.

“2022-ci ilin fevralından bəri Ukraynaya artıq 12-ci səfərimə başlamışam. Bu səfər MAQATE-nin Ukraynaya dəstəyini bir daha təsdiqləyir”, - Qrossi bildirib.

Onun sözlərinə görə, Qaluşenko ilə agentliyin Ukraynanın enerji infrastrukturunun bərpasına necə kömək edə biləcəyini müzakirə edib. Buraya Xmelnitski AES-də yeni enerji bloklarının inşası, Çernobıl AES-in təmiri və yarımstansiyaların vəziyyətinin qiymətləndirilməsi daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью