MAQATE rəhbəri Ukraynaya gedib

04.02.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Ukraynaya gedib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Qrossi “X” sosial şəbəkəsində qeyd edib ki, 11-ci dəfə Ukraynaya səfəri zamanı "Kiyevskaya" elektrik yarımstansiyasını ziyarət edəcək. Bu yarımstansiya Ukraynanın atom enerjisi təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir. 

Stansiyanın məqsədi zərəri qiymətləndirmək və nüvə qəzasının qarşısını almağa kömək etməkdir. Yarımstansiya, Rovnensk və Xmelnitsk atom elektrik stansiyalarında iki enerji blokunun istismara verilməsi nəticəsində yaranan artıq gücü Qərbdən mərkəzi regionlara ötürməyə imkan verir. Bu, Kiyev və ətraf bölgənin enerji təminatının etibarlılığını artıracaq. 

Səbinə Uğur 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью