Maqnit qasırğası gözlənilir: Neçə gün davam edəcək?

25.12.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 25-də və ertəsi gün Yerdə maqnit qasırğaları olacaq.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu proqnoz verib.

Məlumata görə, maqnit qasırğalarının G1 (kiçik qasırğa) səviyyəsinə çatacağı gözlənilir.

Bildirilir ki, qasırğa dekabrın 25-i axşam və 26-sı gündüz saatlarında baş verəcək.

"Tac kütləsinin atılmasından sonrakı mümkün təsirlər və tac dəliyindən mümkün axın səbəbindən G1 sinifli zəif maqnit qasırğası dekabrın 26-sı günorta saatlarından sonra da gözlənilir", - deyə FOBOS mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью