Icma.az, GlobalInfo saytına istinadən bildirir. Hazırda Günəşdə baş verən M1.1 alışmaları hesabına aktivlik aşağı (R1) səviyyədədir.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Globalinfo.az – a verilən xəbərə görə, günəş səthində aktiv oblastlar hesabına bu gün və sabah X sinif alışmaların olması ehtimal olunur.
Qeyd olunub ki, baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb, planetlərarası maqnit sahəsi bir neçə dəfə artıb.
Yaranan Günəş küləyinin sürəti isə minimal olub. Bu gün Günəş küləyinin artması gözlənilir.
Bunun yanvarın 18-də Günəşdən ayrılan tac kültə atılması (TKA) hesabına olduğu ehtimal olunur.
TKA-nın təsiri yanvarın 21-22-də kəskin azalacaq, 22-si günün sonunda Günəş küləyi parametrləri normal səviyyəyə gələcək.
Geomaqnit sahə bu gün aktiv (G1-G2 mülayim orta) səviyyədə olacaq.
Sabah geomaqnit sahə normallaşacaq, yanvarın 22-dən stasionar hala gələcək.