Maqnit qasırğası zamanı nələrə diqqət etməliyik? VİDEO

02.06.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 iyun, AZƏRTAC

Baş ağrısı, yuxusuzluq, qan təzyiqinin dəyişməsi, ürək ritminin pozulması, əhvali-ruhiyyədə eniş, əsəbilik. Son günlər ətrafımızdan eşitdiyimiz bu şikayətlərin səbəbi Günəşdə baş verən dəyişikliklərdir. Bu gün səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub. Maqnit qasırğası zamanı bir çox insanlar fiziki və psixoloji narahatlıqlar hiss edə bilərlər. Xüsusilə ürək-damar, sinir sistemi və xroniki xəstəlikləri olan insanlar üçün bu günlər daha ağır keçir. Həkimlər bildirir ki, diqqət etməli olduğumuz məqamlar var.

AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью