Maqnolia desertinin resepti | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. Nyu-Yorkdakı məşhur "Magnolia Bakery"dən bütün dünyaya yayılan bu məşhur desert ar
Yumuşaq kremin, biskvit və meyvə ilə birləşdiyi bu dadlı resept orijinalına uyğun olaraq bananla hazırlanır.
Lakin istəyinizə görə müxtəlif meyvələr də istifadə edə bilərsiniz.Milli.Az maqnolia desertinin hazırlanma qaydasını təqdim edir: Tərkibi 1 litr süd 5 xörək qaşığı un 1 stəkan şəkər tozu 1 paket vanil 1 paket qaymaq (krema) 1 kiçik paket uşaq biskviti 4 ədəd banan 1 xörək qaşığı kərə yağı Hazırlanma qaydasıKremin bişirilməsi - Süd, un və şəkər tozunu orta ölçülü qazana əlavə edin.
Qatılaşana qədər çırpıcı ilə dayanmadan qarışdıraraq bişirin. Daha sonra vanil və kərə yağını əlavə edib ocağı söndürün.
Bir qədər soyuduqdan sonra qaymağı əlavə edib mikserlə çalın. Soyuması üçün ən azı 1 saatlıq soyuducuya qoyun.
Uşaq biskvitlərini blenderdən keçirin. Bananları isə nazik dilimlərə doğrayın.
Servis mərhələsi Qablara və ya stəkanlara ardıcıllıqla krem, banan dilimləri və biskvit qatlarını yerləşdirin.
Soyuq şəkildə servis edin.Lalə Qüdrətova Milli.Az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu