Maqnus Karlsen dünya çempionatından kənarlaşdırılıb

28.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Norveçli şahmatçı Maqnus Karlsen ABŞ-nin Nyu York şəhərində keçirilən rapid üzrə dünya çempionatından kənarlaşdırılıb.

"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster geyim qaydalarına əməl etmədiyi üçün yarışdan qovulub.

Hakimlər Karlsenin cins şalvarının tədbirin statusuna uyğun olmadığını hesab ediblər.

Qaydalara əsasən, o, geyimini dəyişməli və cərimə ödəməli idi. Amma şahmatçı buna əməl etməyib və baş hakim Aleks Qolovçak onu turnirdən kənarlaşdırıb.

Karlsen açıqlamasında blits yarışında iştirak etməyəcəyini bildirib. Daha əvvəl FIDE bayrağı altında çıxış edən Yan Nepomnyaşi geyim qaydalarını pozduğu üçün cərimələnib. O, daha sonra idman ayaqqabısını dəyişdiyi üçün turnirdən qovulmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью