sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Champions Chess Tour beynəlxalq şahmat turnirinin qalibi bəlli olub. Sport24.az xəbər verir ki, finalda Maqnus Karlsen Yan Nepomnyaşini məğlub edib.
Norveçli qrosmeyster rusiyalı rəqibinə 4:1 hesabı ilə qalib gəlib. Alireza Firuzca və Maksim Vaşe-Laqrav isə yarışı 3-cü pillədə başa vurublar.
Qeyd edək ki, turnirin mükafat fondu 500 min ABŞ dolları olub.