Maqvayr DÇ 2026 da gözlənilməz rolda: Panini satıcısına çevrildi VİDEO

20.06.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Harri Maqvayr 2026-cı il dünya çempionatında diqqət mərkəzinə düşməyi bacarıb. Lakin o, bunu futbol meydanında deyil, tamamilə fərqli bir obrazda edib.

İdman.Biz xəbər verir ki, İngiltərə futbol millisinin heyətinə daxil edilməyən müdafiəçi Nyu-York küçələrində Panini stikerlərinin satıcısı kimi fəaliyyət göstərib.

"Mançester Yunayted"in futbolçusu mundialda iştirak etməməsini yumorla qarşılayıb. Dəbli gün eynəyi taxan Maqvayr yoldan keçənlərə məşhur kolleksiya stikerlərini təklif edib, azarkeşlərə avtoqraf verib və onlarla xatirə şəkilləri çəkdirib.

Qeyri-adi aksiya futbolsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Azarkeşlər ingilis müdafiəçinin bu addımını yüksək qiymətləndirərək onunla səmimi ünsiyyət qurublar.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью