Maradonanı geridə qoydu

15.10.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

Argentina millisinin hücumçusu Lautaro Martines yığmanın 5 bombardirindən biri olub.

QOL.az xəbər verir ki, 28 yaşlı futbolçu Puerto-Riko ilə yoldaşlıq görüşündə (6:0) iki qol vurub.

Onun millidəki qol sayı 35-ə çatıb.

Bununla da Martines əfsanəvi Dieqo Maradonanı (34 qol) qabaqlayıb və Ernan Krespoya (35) çatıb. O, yalnız Serxio Aquero (42), Qabriel Batistuta (54) və Lionel Messidən (114) geri qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью