Maradonanın adını daşıyan stadiondan dəhşətli görüntü FOTO

30.01.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqasında səfərdə “Napoli”ni 3:2 hesabı ilə məğlub edən İngiltərənin “Çelsi” klubunda matçdan daha çox stadionun vəziyyəti gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, “Stadio Diego Armando Maradona” stadionuna gedən “Çelsi” azarkeşinin tribunadan paylaşdığı görüntülər qısa müddətdə sosial şəbəkələrdə viral olub. Videolarda tribunaların böyük çatlarla dolu olduğu açıq şəkildə görünür.

1959-cu ildə inşa edilən stadionun fiziki durumu futbolsevərlərin ciddi narahatlığına səbəb olub. “Çelsi” azarkeşi paylaşımına, “yuxarıdakılar, xahiş edirik, tullanmayın” qeydi əlavə edərək təhlükəsizlik riskinə diqqət çəkib.

Bir çox azarkeş “Napoli”nin stadionunun UEFA Çempionlar Liqası səviyyəsinə uyğun olmadığını bildirib, bəziləri isə mümkün təhlükə ilə bağlı müvafiq qurumlara çağırış edib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью