Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Diyeqo Maradonanın müəmmalı ölümü ilə bağlı keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər üçün ağır cəzalar istənilib.
“Yeni Sabah” xəbər verir ki, məhkəmə iclasında çıxış edən prokurorlar onun müalicəsinə cavabdeh olan 7 nəfərlik tibbi heyət üçün 4 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasına istrar ediblər.
Həkimlər və tibb işçiləri əfsanəvi futbolçunun ölümünə şərait yaradan ciddi səhlənkarlıqda, lazımi tibbi yardımı vaxtında göstərməməkdə və vəzifə borclarına laqeyd yanaşmaqda ittiham olunurlar. Marqarita pizza
Xatırladaq ki, Diyeqo Maradona 2020-ci ilin noyabrında infarkt keçirərək vəfat edib. Onun ölümündən kənar müdaxilə və tibbi səhlənkarlıq şübhələri ilə bağlı araşdırmalar uzun müddətdir ki, davam edir.