Maradonanın həmin qolu vurduğu top 3,35 milyon dollara satıldı

24.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Maradonanın həmin qolu vurduğu top 3,35 milyon dollara satıldı

1986-cı il dünya çempionatının 1/4 finalında Argentina ilə İngiltərə arasında keçirilən oyunda (2:1) Dieqo Maradonanın “Tanrının əli” qolunu vurduğu futbol topu hərracda 3,35 milyon dollara satılıb.

QOL.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Artefakt avqustun 22-də “Heritage Auctions” hərracında satışa çıxarılıb. Lotun ilkin qiyməti 2,5 milyon dollar olub. Maradona bu topla mübahisəli şəkildə əli ilə qol vuraraq hesabı açıb, 4 dəqiqə sonra isə möhtəşəm fərdi keçidlə daha bir qol vurub.

Lotun əvvəlcədən 10 milyon dollara qədər qiymətləndiriləcəyi gözlənilsə də, yekun məbləğ rekorda çatmayıb. Maradonanın həmin oyunda geyindiyi forma 2022-ci ildə 9,3 milyon dollara satılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью