Maradonanın saçları hərraca çıxarılır | Icma.az
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Parisdə idman tarixini əks etdirən 200-ə yaxın əşya hərraca təqdim olunacaq.Trend xəbər verir ki, idman kolleksiyaçıları və həvəskarlar üçün əlamətdar sayılan bu tədbir dekabrın 15-də keçiriləcək.Hərracda diqqət mərkəzində olan əsas əşyadan biri 1998-ci il futbol üzrə dünya çempionatının Fransa - Braziliya finalında Ronaldo Nazarionun geyindiyi 9 nömrəli forma olacaq.
Bu formanı 40-80 min avroya satmaq planlaşdırılır.Bundan başqa, əfsanəvi Dieqo Maradonanın təxminən 4 santimetr uzunluğunda olan saçlarının da hərraca çıxarılacağı və 50 min avroya satılacağı ehtimal edilir.Hərracda təqdim ediləcək digər tarixi əşyalar arasında Rocer Federerin 2005-ci ildə Uimbldon finalında istifadə etdiyi raketka və Evander Hollifildin 1996-cı ildə qazandığı dünya çempionu kəməri də var.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu