“Marafon” bolqarlarla bacarmadı

28.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycanın çimərlik futbolu komandası “Marafon” İK “World Winners Cup Alanya 2026” turnirindəki növbəti oyununda da məğlub olub.

Futbolpress.az xəbər verir ki, ölkə təmsilçisi F qrupundakı üçüncü matçında Bolqarıstanın “Spartak” klubuna uduzub. Görüşün əsas vaxtı 4:4 hesabı ilə bitib. Penaltilər seriyasında isə rəqib daha dəqiq oynayıb – 3:1.

“Marafon” ilk turda Çinin TMS klubuna 2:4, ikinci oyunda isə Ukraynanın “Sunrise” (Kiyev) komandasına 6:8 hesabı ilə uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью