“Marafon” Türkiyədə ardıcıl üçüncü məğlubiyyətini aldı

28.10.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın “Marafon” çimərlik futbolu komandası Türkiyədə keçirilən “World Winners Cup Alanya 2026” turnirində növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, F qrupunda mübarizə aparan təmsilçimiz üçüncü turda Bolqarıstanın “Spartak” klubu ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 3:1 hesabı ilə üstün olan Bolqarıstan təmsilçisi qələbə qazanıb.

Bununla da “Marafon” turnirdə ardıcıl üçüncü məğlubiyyətini alıb.

Qeyd edək ki, Azərbaycan klubu ilk turda Çinin TMS komandasına 2:4, ikinci görüşdə isə Ukraynanın “Sunrise” (Kiyev) kollektivinə 6:8 hesabı ilə uduzub.

Azərbaycan millisi Litvanı məğlub edib Millimiz Haitiyə böyük hesabla uduzub - YENİLƏNİB "Araz-Naxçıvan"ın Çempionlar Liqası matçının təyinatları bəlli olub Azərbaycan millisi İsraili məğlub etdi - YENİLƏNİB Azərbaycan millisindən növbəti qələbə - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью