Unikal.az saytına istinadən Icma.az xəbər verir. Qazaxıstanda keçirilən marafonun iki iştirakçısı dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə Almatı marafonunun saytında açıqlanıb.
Məlumata görə, aprelin 20-də Almatı yarımmarafonunda iki iştirakçı ölüb: 84 yaşlı Akkoyan Rzəliyev və 21 yaşlı Nurbol Əhmədi.
Onların hər ikisi əvvəllər yarımmarafon məsafəsini (21,1 kilometr) qət ediblər və Almatıda keçirilən qaçış yarışının daimi iştirakçıları olublar.
Marafon aprelin 20-də səhər saatlarında Birinci Prezident Parkından Mərkəzi Stadiona qədər davam edib.
Ağarza Elçinoğlu Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.