“Marafon”un baş məşqçisi: “Bu cür oyunlar bizə əlavə təcrübə qazandırır”

29.10.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Qarşılaşmanın ağır keçəcəyini bilirdik. Çünki rəqibimiz Birinci Liqa komandası idi. Buna görə də oyuna çox ciddi hazırlaşmışdıq. Hesab edirəm ki, bu cür oyunlar komandamızın gücünə güc qatır və bizə əlavə təcrübə qazandırır”.

Bu sözləri Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Zaqatala” üzərində 1:0 hesablı qələbə qazanan “Marafon” klubunun baş məşqçisi Ceyhun Cavadov deyib.

Sabirabad təmsilçisinin çalışdırıcısı Birinci Liqa klubuna qarşı keçirilən matçı şərh edib, komandasının məğlubiyyətsizlik seriyasını vurğulayıb və qarşıdakı məqsədləri diqqətə çatdırıb.

“Meydanda maksimum gücümüzü ortaya qoymağa çalışdıq. Doğma azarkeşlərimizin önündə oynadığımız üçün də əsas istəyimiz qələbə qazanmaq idi. Komandamız bu vaxta qədər məğlub olmayıb və istəyirik ki, bundan sonra da bu seriyanı davam etdirək. Əlimizdən gələni edərək hər oyunda maksimum nəticə qazanmağa çalışacağıq.

“Zaqatala”ya növbəti oyunlarda uğurlar arzulayıram, öz komandamı təbrik edirəm. Qarşıda bizi çətin həftələr və ağır oyunlar gözləyir. Əsas məqsədimiz çempionat oyunlarında maksimum nəticə göstərməkdir. Kubok oyunlarına da ciddi yanaşırıq, amma çempionat bizim üçün çox vacibdir. Dediyim kimi, hələ görüləsi çox işimiz var”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью