“Marafon”un baş məşqçisi komandasının çıxışını dəyərləndirdi

24.11.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“İlk öncə rəqimiz “Difai” haqqında xoş sözlər sözyləmək istəyirəm. Gənc və perspektivli futbolçulardan qurulmuş komandadır. Heyətlərində yaxşı oyunçular var. Rəqibə uğurlar arzulayıram”.

Bu sözləri İkinci Liqanın 12-ci turunda səfərdə “Difai”ni 3:0 hesabı ilə məğlub edən “Marafon” futbol komandasının baş məşqçisi Ceyhun Cavadov qələbəni şərh edərkən deyib.

Sabirabad təmsilçisinin çalışdırıcısı görüşün gedişindən, komandasının çıxışından və qarşıdakı “Zəngəzur” matçına hazırlıqdan söz açıb.

“Oyunun gedisindən razı qaldım. Zaman-zaman əziyyət çəksək də, qarşılaşma istədiyimiz məcrada keçdi. Ümumilikdə oyuna nəzarət edən tərəf biz idik. Rəqibə təzyiq göstərib istədiyimiz qolları vurduq.

Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Artıq bu oyunu unudub növbəti tura hazırlaşırıq. “Zəngəzur”la çətin oyunumuz var, o matça köklənmişik. Zədəli və ya cəzalı futbolçumuz yoxdur, her şey qaydasındadır”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, bu qələbə ilə liderin ən yaxın izləyicisi statusunu qoruyan “Marafon” “Zəngəzur”la noyabrın 29-da Sabirabadda qarşılaşacaq. Oyun saat 14:30-da start götürəcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью