Maral piknik edən kişiyə hücum ETDİ

19.08.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Böyük Britaniyada insana hücum edən maral evtanaziya edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Parkda piknik edən insanların yanına maral yaxınlaşıb və onlardan yemək istəyib.

İnsanlar ona yemək vermədikdə maral piknik edən şəxslərdən birinə hücum edib. Nəticədə 60 yaşlı kişi sinəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə əlavə məlumat verilməyib.

Hadisədən sonra park rəhbərliyi maralın ziyarətçilər üçün təhlükə yaratdığını bildirərək onun evtanaziya edilməsinə qərar verib.

Heyvan hüquqları müdafiəçiləri bu qərarı tənqid ediblər. Onların sözlərinə görə, maral insanlardan yemək almağa öyrəşdiyi üçün belə davranıb və buna görə heyvanı öldürmək düzgün olmayıb.

Kral Parkları isə ziyarətçilərə maralların vəhşi heyvanlar olduğunu xatırladıb. İnsanlara maralları yemləmək, onlara yaxınlaşmaq və toxunmaq qadağan edilib.

Qeyd olunur ki, xəbərdarlıqlara baxmayaraq, bəzi ziyarətçilər qaydaları pozur və marallara həddindən artıq yaxınlaşırlar.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью