Marandiçi xəstəxanadan evə buraxıldı və təşəkkür etdi

13.12.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Bir neçə gün əvvəl oyun zamanı ayağı qırılan "Turan Tovuz"un futbolçusu Denis Marandiçi xəstəxanadan evə buraxılıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, moldovalı müdafiəçi ona dəstək olanlara təşəkkür edib:

"Göstərdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm. Mənə çox böyük güc verdiniz. Hər şey əladır. Özümü çox yaxşı hiss edirəm. Ən qısa müddətdə geri dönəcəyəm. Tezliklə yaşıl meydanlarda görüşərik".

Qeyd edək ki,  Azərbaycan kubokunun 1/8 final mərhələsində  keçirilən “Turan Tovuz” - “Sabah” matçında Marandiçinin rəqib futbolçusu Pavol Safranko ilə  top uğrunda mübarizəsi zamanı ayağı qırılıb. O, bir neçə gün əvvəl əməliyyat olunmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью