Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Alimlər aspirinin bəzi xərçəng növlərinin yayılmasının qarşısını ala biləcəyinə dair əhəmiyyətli tapıntılar əldə ediblər.
Araşdırmalara görə, aspirin immun sistemini gücləndirərək, xərçəng hüceyrələrini daha effektiv aşkar edib məhv etməyə imkan verir.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Kembric Universitetinin rəhbərlik etdiyi tədqiqat xərçəngin müalicəsində aspirinin istifadəsi ilə bağlı ümidverici nəticələr təqdim edib.
Araşdırmada xərçəngin bədəndə yayılmasına təsir edən 810 fərqli gen araşdırılıb və 15 genin metastazda həlledici rol oynadığı müəyyən edilib.
Xüsusilə, "ARHGEF1" adlı zülal istehsal edən geni olmayan siçanlarda xərçəngin ağciyərlərə və qaraciyərə daha az yayıldığı müəyyən edilib.
Alimlər aşkar ediblər ki, "ARHGEF1" immun sistemində xərçəng hüceyrələrini tanıyan və məhv edən "T" hüceyrələrini sıxışdırır.
Bu bastırma tromboksan "A2" (TXA2) adlı laxtalanma faktoru tərəfindən qüvvətlənir. Aspirin "TXA2" istehsalını azaldır.