Maraqlı oyuna şahid olduq Arif Əsədov DANIŞDI | Icma.az
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. "Dünən çox maraqlı, drammatik, dinamik oyun keçdi".
Bunu SİA-ya Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis bildirib ki, oyunun sonluğu daha maraqlı keçib: "Ümumilikdə bərabər səviyyəli bir matç baş tutdu.
Epizodlarla ya "Zirə", ya da "Neftçi" üstünlüyə yiyələnirdi. Oyunun gedişatı heç-heçəni göstərirdi.
"Neftçi"nin vurduğu qoldan sonra matçın tempi daha da artdı. Sanki ona kimi komandalar heç-heçəyə razı idilər.
"Zirə" bundan sonra sürəti artırdı. Oyun Bakı təmsilçisinin xeyrinə bitdi".
Onun sözlərinə görə, "Neftçi"də son zamanlarda irəliləyiş hiss olunur: "Burada xüsusi ilə komandanın ruh yüksəkliyi gözə çarpırdı.
Son vaxtlar Samir Abbasov meydana yerli 7 futbolçu buraxmaqla sanki o "Neftçi" ruhunu qaytarmağı göstərir. Burada da əksini görürük.
Tam oxu
Xəbəri oxu