futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Mövsümlərarası hazırlıq çərçivəsində Honkonqda təşkil olunan yoxlama oyununda “İnter” və “Mançester Siti” qüvvələrini sınayıb.
Futbolpress.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas vaxtı bərabərliklə başa çatıb (1:1).
Matçda hesabı 14-cü dəqiqədə “şəhərlilər”in hücumçusu Divin Mubama açıb. “Qara-mavilər” bu qola 20-ci dəqiqədə Benjamen Pavarın dəqiq zərbəsi ilə cavab verib. Oyunun qalan dəqiqələrində tərəflər fərqlənə bilməyiblər.
Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında isə İtaliya çempionu daha dəqiq oynayıb (3:1).
Qeyd edək ki, bu, Enzo Mareskanın “Mançester Siti”nin sükanı arxasında keçirdiyi ilk matç idi.