Mareska “Etihad”a qayıtdı

03.07.2026

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nəhayət, çoxdan gözlənilən hadisə reallaşıb: Entso Mareskanın “Mançester Siti”yə baş məşqçi təyin olunduğu rəsmən açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssislə müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, Mareska sonuncu iş yeri olan “Çelsi”dən ötən mövsümün gedişində ayrılıb. Onun 2022-23-cü illərdə Xosep Qvardiolanın başçılıq etdiyi məşqçilər korpusunda işlədiyini, həmçinin əvvəllər klubun gənclərdən ibarət komandasını çalışdırdığını da qeyd edək.
Yeri gəlmişkən, “Çelsi” Mareskanın MS-yə baş məşqçi təyin olunmasından sonra rəsmi bəyanat yayıb. Bəyanatda 2025/26 mövsümündə yaşanan uğursuzluğun əsas səbəblərindən birinin Mareskanın mövsümün gedişində istefaya yollanmasının olduğu bildirilib. London klubunun açıqlamasına görə, italiyalı mütəxəssis hələ 2025-ci ilin payızında mövsümün sonunda Qvardiolanı əvəzləmək istədiyini rəhbərliyə çatdırıb. Dekabrında isə istefa verərək vəzifəsindən ayrılıb. Bəyanatda o da qeyd olunub ki, “Çelsi” rəhbərliyi oyunçuların və klubun maraqlarını qorumaq üçün istefanı qəbul edib. Həm MS, həm də Mareska ilə kompensasiya ödənişini nəzərdə tutan məxfi razılaşmalar əldə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью