Mareska “Mançester Siti”yə keçir Rəsmi açıqlama gözlənilir

23.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mançester Siti”nin yeni baş məşqçisinin adına yaxın günlərdə aydınlıq gələcək.

Apasport.az xəbər verir ki, İngiltərə klubu Entso Mareskanın təyinatını bu həftə rəsmən açıqlamağa hazırlaşır.

İtaliyalı mütəxəssis “şəhərlilər”lə 3 illik müqavilə imzalayacaq.

“Mançester Siti”nin Mareska üçün “Çelsi”yə 10 milyon funt sterlinqdən çox təzminat ödəyəcəyi bildirilir. Digər mənbələrdə bu məbləğin təxminən 20 milyon avroya yaxın olduğu qeyd olunur.

Mareska “Mançester Siti”də Pep Qvardiolanı əvəzləyəcək. O, daha əvvəl London təmsilçisi “Çelsi”ni çalışdırıb.

Qeyd edək ki, Entso Mareska 2022/23 mövsümündə “Mançester Siti”də Qvardiolanın köməkçisi olub.

İordaniya da vidalaşdı - DÇ-2026-dan gedənlərin sayı 4-ə çatdı “Messizm” yayılır - Argentinada yeni din yaranıb Ailə sevinci bitdi, mundial davam edir - Doku yığmaya qayıdır Norveç 1/16 finalda - Liderlik üçün rəqib Fransa Mbappe matçın ən yaxşısı seçildi - 16 oyunda 16 qol
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью