Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Çelsi”nin baş məşqçisi Enzo Mareska Premyer Liqada “Arsenal”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunlarısöyləyib:
“Fikirləşirəm ki, yaxşı oynadıq. Azlıqda qalmağımıza baxmayaraq, bərabər oyun göstərdik. 11 nəfərlə isə daha yaxşı olan tərəf biz idik. Düzdür, “qırmızı”dan sonra çətinlik yaşadıq, amma öhdəsindən gəldik. Qələbə qazana bilməsək də, nəticədən razıyam”.