Mareska: Oyundan sonra komandama dedim ki...

26.11.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mareska: "Oyundan sonra komandama dedim ki..."

“Çelsi”nin baş məşqçisi Enzo Mareska Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Barselona”ya qalib gəldikləri oyun barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis 3:0 hesablı qələbə haqda bunları deyib: 

“Rəqibin "Barselona" olduğunu nəzərə alsaq, böyük qələbə qazandıq. Oyunçu sayı bərabər olanda da yaxşı oynayırdıq. “Barselona” topla sahib olanda daha rahat davranır. Biz bunu bilirdik. Ona görə çalışdıq ki, onları topsuz qoyaq. Fürsətlər yaratdıq, qollar vurduq. Matçdan sonra komandama dedim ki, indi bərpa olunmaq vaxtıdır. Bu qələbəni tez unutmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью