Mareska özü seçim edəcək

09.08.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mareska özü seçim edəcək

"Mançester Siti"nin baş məşqçisi Enzo Mareska komandanın yeni kapitanını özü müəyyənləşdirəcək.

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Məlumata görə, əvvəlki baş məşqçi Xosep Qvardiola kapitanı futbolçuların səsverməsi ilə müəyyənləşdirirdi. Ötən yay komandanın kapitanı Bernardo Silva seçilmişdi. Qvardiola həmçinin Silvanın, Ruben Diaşın, Erlinq Haalandın və Rodrinin yer aldığı liderlər qrupu formalaşdırmışdı.

Silvanın bu yay azad agent kimi "Real"a keçməsindən sonra yeni kapitanı Mareskanın seçəcəyi bildirilir. Hazırda bu vəzifəyə əsas namizəd 29 yaşlı Ruben Diaşdır. Lakin yekun qərar hələ verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью