Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4 cü baş məşqçi olub

12.10.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 12 oktyabr, AZƏRTAC

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasında uğurlu statistikaya imza atıb.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, o, çempionat tarixində yeni komandasının sükanı arxasında keçirdiyi ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü mütəxəssis olub. İtaliyalı baş məşqçi bu göstəriciyə Premyer Liqanın VI turunda “Liverpul” üzərində qazanılan qələbə (3:0) ilə çatıb.

Mareskadan əvvəl bu nəticəyə Karlo Ançelotti (“Çelsi”), Xosep Qvardiola (“Mançester Siti”) və Ule-Qunnar Sulşer (“Mançester Yunayted”) nail olublar.

Qeyd edək ki, “Mançester Siti” 18 xalla turnir cədvəlinə başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью