Mareska Premyer Liqanın tarixinə düşdü

12.10.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

​"Mançester Siti" İngiltərə Premyer Liqasının VI turunun səfər matçında "Liverpul"a 3:0 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, bu qələbə sayəsində "şəhərlilər"in baş məşqçisi Entso Mareska Premyer Liqada yeni komandanın sükanı arxasında ilk 6 oyunda qalib gələn dördüncü mütəxəssis kimi tarixə düşüb.

​Ona qədər belə bir uğura yalnız Karlo Ançelotti ("Çelsi"), Xosep Qvardiola ("Mançester Siti") və Ole-Qunnar Sulşer ("Mançester Yunayted") imza ata bilmişdilər.

"Mançester Siti" ​6 turdan sonra "Arsenal"ı 3 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. Komanda növbəti turda "İpsviç"lə qarşılaşacaq.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью