Mareska Runiyə cavab verdi: “Qarabağ”la oyunda problem rotasiya deyildi

08.11.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərə millisinin sabiq hücumçusu Runinin Çempionlar Liqasındakı “Qarabağ”la (2:2) oyunda çoxsaylı dəyişikliklərə görə etdiyi iradlara münasibət bildirən Enzo Mareska məsələni şərh edib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssisin fikirlərini İngiltərənin “Mirror” nəşri cavab verib.

“Mən artıq dəfələrlə demişəm ki, elə bir dövrdə yaşayırıq ki, hər kəs istədiyini deyə bilər. Buna hörmətlə yanaşıram. Amma “Qarabağ”la oyundan sonra da qeyd etmişdim ki, kluba gələndən bəri futbolçular arasında rotasiyanın vacibliyinə inanıram və heç kim bundan narazı olmayıb, yaxud bunun uduzmağa səbəb olduğunu deməyib.

Məncə, əgər rotasiyada Andrey Santos kimi Braziliya yığmasının üzvü, Yorrell Xato kimi Niderland millisinin oyunçusu, Estevao kimi Braziliya yığmasının gənc istedadı iştirak edirsə, problem rotasiyada deyil. Onlar istedadlı və bacarıqlı futbolçulardır. Əlbəttə, gənc oyunçuların inkişaf etməsi üçün onların səhv etməsinə imkan vermək lazımdır” - deyə Enzo Mareska vurğulayıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью