futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Çelsi”nin baş məşqçisi Enzo Mareska Premyer Liqada “Lids”ə məğlub olduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Rəqib meydanda bizdən yaxşı idi və layiqli qələbə qazandı. Bu oyundan nəticələr çıxarmalıyıq. Səhvləri təhlil edib, aradan qaldırmalıyıq.
Bundan əvvəl “Barselona” və “Arsenal”a qarşı yaxşı oynadıq və “Lids”lə matçda da bunun davamını gözləyirdik. Lakin alınmadı. Bəzən işlər istədiyin kimi getmir”.