Mariana adalarının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

28.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 oktyabr, AZƏRTAC

Sakit okeanda, Mariana adalarının cənubunda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.

Məlumata görə, zəlzələ oktyabrın 28-də Bakı vaxtı ilə saat 03:14-də baş verib. Episentr ABŞ-nin Quam adasındakı Yiqo yaşayış məntəqəsindən 243 kilometr cənub-qərbdə yerləşib.

ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin ocağının dərinliyi 101 kilometr olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью