Mariana Vasileva direktor vəzifəsinə təyin olunub

16.07.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının (AFF) idman işləri üzrə direktoru təyin olunub.

"AzPolitika" xəbər verir ki, bunu AFF-nin mətbuat xidməti açıqlayıb.

Belə ki, AAF-nin prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib. Toplantıda qəbul olunan qərara əsasən, Mariana Vasileva federasiyanın idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Mariana Vasileva 2021-ci ildən 2025-ci ilə qədər gənclər və idman naziri Fərid Qayıbovun müavini vəzifəsində çalışıb. O, ötən il bu vəzifədən kənarlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью