Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
...Respublika prezidenti postuna namizəd olmuş ifrat sağçı “Milli Birlik” siyasi partiyasının parlament fraksiyasının lideri Marin Le Pen şirkətləri maaşların artırılmasına məcbur etmək təklifini dəstəkləməyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Econostrum” qəzeti yazır.
Siyasətçinin sözlərinə görə, bütün şirkətlər belə bir artıma tab gətirə bilmir. O, jurnalistlərə bildirib ki, “Biz şirkətlərə bir növ avtoritar şəkildə minimum əmək haqqının 10 faiz artırılmasını tətbiq etmək üçün çox qeyri-sabit vəziyyətdəyik”.
Le Penin sözlərinə görə, bəzi işəgötürənlər işçilərini ixtisar etmək məcburiyyətində qalacaqlar: “Onlar bunun öhdəsindən gələ bilməyəcəklər və əslində biz işdənçıxarma dalğasının şahidi olacağıq”.
Le Pen davam edərək bildirib ki, məcburi tədbirlərə əl atılacağı təqdirdə, bu, “rejimin dəyişməsinə” bərabər olacaq və Fransa “SSRİ kimi sonda qalacaq”. “SSRİ-nin effektivliyinə tam əmin deyiləm”, o qeyd edib.
Le Pen alternativ təklif edib: əmək haqqı artarsa, şirkətləri sosial təminat ödənişlərindən azad etməklə əmək haqqını artırmağa təşviq etmək.
...Əgər əmək haqqını 10 aafaiz artırsanız, beş il ərzində müvafiq sosial təminat ödənişlərindən azad olacaqsınız, - o izah edib.
Fransanın ən böyük həmkarlar ittifaqı olan CGT əvvəllər əmək haqqının 10 faiz artırılmasını təklif etmişdi.
Minimum əmək haqqı alan fransız işçisi üçün artım vergilər çıxıldıqdan sonra 148 avro təşkil edib.
Le Pen Fransa prezidentliyi yarışında liderdir. Pouls-a görə, o, ilk turda səslərin 34,6 faizini toplaya bilər.
Əli Babayev