Marin Lö Pen 2027 ci il seçkilərində namizəd olub olmayacağını açıqlayıb

08.11.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 8 noyabr, AZƏRTAC

Fransa Milli Birlik Partiyasının (Rassemblement National) lideri Marin Lö Pen 2027-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənliyə son qoyub.

AZƏRTAC xəbər verir ki, o, “Causeur” aylıq jurnala müsahibəsində apellyasiya məhkəməsi tərəfindən beşillik seçilmə qadağası qüvvədə saxlanıldığı təqdirdə, prezidentliyə namizəd olmayacağını açıqlayıb.

“Mən qərarımı apellyasiya məhkəməsinin qərarı elan edilən gün verəcəyəm”, - deyə Lö Pen bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью