Mario Balotellinin yeni komandası bəlli olub

28.12.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ən qalmaqallı futbolçulardan biri sayılan Mario Balotelli yenidən klubunu dəyişə bilər.

Oxu.Az xəbər verir ki, italiyalı hücumçunun iki ay əvvəl qoşulduğu "Cenoa"dan ayrılması gözlənilir.

34 yaşlı forvard oktyabrın sonunda azad agent kimi Genuya təmsilçisinə keçib. Lakin Meksika təmsilçisi "Krus Asul"la danışıqlar aparan Marionun artıq qışda Şimali Amerikaya köçməsi mümkündür.

Qeyd edək ki, Balotelli cari mövsümdə A seriyasının 6 oyununda meydana çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью