Mario Hermoso Bayer Leverkusen də

31.01.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

İspaniyalı müdafiəçi Mario Hermoso, Almaniya Bundesliqa təmsilçisi Bayer Leverkusen ilə mövsümün sonuna qədər icarə müqaviləsi imzalayıb.

Redaktor.az xəbər verir ki, ötən yay adı "Qalatasaray" ilə hallanan, lakin Roma ilə anlaşan 29 yaşlı futbolçu, qış transfer pəncərəsində "Fənərbağça" ilə də gündəmə gəlsə də, karyerasını Almaniyada davam etdirməyi seçib.

"Leverkusen"in idman direktoru Simon Rolfes, transferlə bağlı bunları deyib:

"Mario Hermoso beynəlxalq təcrübəyə malik peşəkardır. O, həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi kimi oynaya bilir. Müdafiəmizə çeviklik qatacaq və Belocian-ın yoxluğunu kompensasiya edəcək".

Kənan YUSİF 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью