Mario Varqas Lyosanın “Şəhər və itlər” romanı haqqında | Icma.az
Icma.az, Kulis.az portalına istinadən məlumat verir. Kulis.az Mirmehi Ağaoğlunun Mario Varqas Lyosanın “Şəhər və itlər” romanı haqqında yazı
2010-cu ildə Nobel mükafatı alan perulu yazıçı Mario Varqas Lyosa nitqində belə demişdi: “Yazıçılıq asan məsələ deyil.
Bir də görürsən təsəvvür etdiyin əhvalat kağıza köçürüləndə istədiyin alınmır, sözlər ürəyini isitmir. Onları təzədən necə cana gətirəsən?
Xoşbəxtlikdən, ustadlar, müəllimlər, nümunə götürüləsi insanlar yanındadı. Flober mənə istedadın intizam və dözüm olduğunu öyrədib.
Folkner formanın (üslub və struktur) süjeti zənginləşdirmək qabiliyyətində olduğunu öyrədib.
Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad ,Tomas Mann romanda vüsət və genişliyin üslub və süjet xətlərinin dəqiq işlənməsindən heç də az əhəmiyyətli olmadığını öyrədib.”Lyosa həqiqətən yaradıcılığı boyu ustadlardan çox şey öyrənmişdi.
Elə birinci, ona məşhurluq gətirən “Şəhər və itlər” romanında Folknerin təsiri açıq-aydın hiss olunurdu.
Amma 26 yaşlı cavan Folknerin üslubunu, şüur axınını kor-koranə mənimsəməmişdi, bu fəndlərdən ustalıqla yararlanmışdı.
Tam oxu
Xəbəri oxu