Marius Vizer 6 cı dəfə prezident seçilib, Rəşad Nəbiyev İcraiyyə Komitəsində

11.06.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer yeni - altıncı müddətə qurumun rəhbəri seçilib.

İdman.biz xəbər verir ki, 66 yaşlı rumıniyalı 2007-ci ildə dünya cüdosuna başçılıq edir.

IJF-nin konqresində həmçinin 2025-2029-cu illər üçün İcraiyyə Komitəsinin tərkibi müəyyənləşib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev də komitəyə üzv seçilib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью