Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qadın güləşi üzrə dörd dəfə Yay Olimpiya Oyunlarının mükafatçısı, ikiqat dünya çempionu, onqat Avropa çempionu, 5 dəfə Olimpiadada iştirak edən yeganə qadın güləşçi, Azərbaycan Güləş Federasiyasının qadın güləşi üzrə koordinatoru Mariya Stadnikin Offsideplus.az saytına müsahibəsi “MƏN GÜLƏŞDƏN DOYMUŞAM” - Sizin Ukraynanın Lvov şəhərindən olduğunuzu bilirəm, həmin şəhərdən olanlar ukraynaca danışmağı çox sevirlər.
Gəlin, ukraynca danışaq. - Məmnuniyyətlə. Bu çox xoş oldu. - Ümidvaram ki, ukraynaca danışsaq, müsahibə daha səmimi alınacaq.
Söhbətimizə elə dil mövzusundan başlayaq. Uzun müddətdir Azərbaycanda yaşayırsınız. Artıq azərbaycanca danışa bilirsiniz?
- Təəssüf ki, azərbaycanca danışmıram. Ancaq indi sizin dili daha yaxşı başa düşürəm.
Mənə elə gəlir ki, mən azərbaycanca danışanda sözləri düzgün demirəm, gülməli çıxır. Məni heç kim anlamır.
Düz 3 il əvvəl müharibə ilə əlaqədar övladlarımla birgə Ukraynadan Azərbaycana köçmüşəm.
Əvvəllər daima Ukraynada yaşayırdım, yalnız yarışdan-yarışa Bakıya uçurdum. Burada insanlarla adətən rus dilində ünsiyyətdə oluram.