Mariya Stadnik və Messini nə birləşdirir? FOTO

09.05.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və dünya qadın güləşinin əfsanəsi Mariya Stadnik ilə bağlı maraqlı fakt ortaya çıxıb. 

Milli.Az xəbər verir ki, hazırda Azərbaycan Güləş Federasiyasında (AGF) qadın güləşi üzrə koordinator vəzifəsini icra edən M.Stadnik "Barselona" azarkeşidir. O, Kataloniya klubuna qarşı sevgisinə görə itinə "Messi" adını verib.

Qeyd edək ki, Mariya Azərbaycan idmanının yeganə 5 qat olimpiada iştirakçısı, yeganə 4 qat olimpiya medalçımız, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibidir. (Offsideplus.az)
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью