Icma.az, Bakupost saytına istinadən bildirir. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr üçtərəfli bəyanatının əhəmiyyətin
Bakupost.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, 4 il bundan qabaq Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması, müharibəni dayandırmaq üçün şəxsən Rusiya Prezidenti Vladimir Putin əhəmiyyətli səy göstərib.
Zaxarova xatırladıb ki, məlum üçtərəfli razılaşmadan iki ay sonra 2021-ci ilin yanvarında Rusiya Prezidentinin təklifi ilə Azərbaycan Ermənistan liderlərinin iştirakı ilə sammit keçirilib: “Bu sammitdə sülh prosesinə start verilib.
Eləcə də, Cənubi Qafqaz regionunda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üçün Rusiya, Azərbaycan və Ermənistanın baş naziri müavinlərinin həmsədrlik etdikləri işçi qrup yaradılıb.
Daha sonra 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında bütün üçtərəfli razılaşmalar kompleksi formalaşdırılıb.
Ermənistan-Azərbaycan normallaşmasının əsas istiqamətləri müəyyənləşib.
Bura sülh sazişinin işlənib hazırlanması, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, sərhədlərin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətləri arasında təmasların qurulması aiddir.