Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
"Leypziq" heyətini yeni futbolçu ilə gücləndirib.
Bakıvaxtı.az xəbər verir ki, Almaniya klubu "Çelsi"nin 20 yaşlı hücumçusu Mark Giu ilə müqavilə imzalayıb.
İspaniyalı forvardla anlaşma 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Giu 2024-cü ildə "Barselona"dan "Çelsi"yə keçib. London klubunun heyətində bütün turnirlərdə 29 oyuna çıxan futbolçu səkkiz qol vurub. O, "Çelsi" ilə UEFA Konfrans Liqasını və Klublararası Dünya Kubokunu qazanıb.
Qeyd edək ki, Giu peşəkar karyerasına "Barselona"da başlayıb. 2023-cü ildə "Atletik Bilbao" ilə debüt oyununda meydana daxil olduqdan cəmi bir neçə saniyə sonra qol vuraraq diqqət çəkib.