Mark Hakef: Memorandum Azərbaycan ABŞ münasibətlərinin inkişafına töhfə verəcək

26.07.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Memorandumun imzalanması Azərbaycan və ABŞ münasibətlərinin daha da inkişaf etməsinə öz töhfəsini verəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Mark Hakef deyib.

O, Azərbaycan Güləş Federasiyası ilə imzalanan memorandum barədə fikirlərini söyləyib:

"ABŞ səfirliyi olaraq bu cür əməkdaşlığa görə Azərbaycan Güləş Federasiyasına təşəkkür edirəm. Azərbaycan bir çox belə idman tədbirləri keçirib. ABŞ-dən olan idmançıların Azərbaycanda təkcə idman tədbirlərində iştirak etmir, həm də ölkənin tarixi, mədəniyyəti ilə tanış olurlar. Bu proqramların çox böyük faydaları var. Bu həmçinin tərəflər arasında etimad və anlaşmanın səviyyəsini daha da artırır. Düşünürəm ki, "Sülh naminə güləş" təşkilatı və Azərbaycan Güləş Federasiyası arasında memorandumun imzalanması da bu münasibətlərin daha da inkiafına öz töhfəsini verəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью