Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Səudiyyə Ərəbistanı və Türkiyə Yaxın Şərq problemlərinə mümkün həll yollarının formalaşdırılmasında “ən təsirli ölkələrdir”. Kanadanın Baş naziri Mark Karni bu barədə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Ciddə şəhərində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Məlumatı “Anadolu” yayıb.
Karni deyib ki, Kanada Yaxın Şərqdəki vəziyyətlə “dərindən maraqlanır” və regional gücləri uzaqdan tənqid etmək əvəzinə, onlarla birbaşa dialoq aparmağın vacib olduğuna inanır. Bununla belə, o əlavə edib ki, bu cür təmaslar Ottavanın bu hökumətlərin bütün hərəkətlərini təsdiqlədiyi anlamına gəlmir: “Hesab edirəm ki, ölkələrə uzaqdan mühazirə oxumağa çalışmaq səmərəsiz bir strategiyadır. Bu, mənəvi məmnunluq verə bilər, amma nəticə vermir. Lakin qarşılıqlı əlaqə effektiv ola bilər. Bu, onun həmişə effektiv və ya qətiyyətli olacağı demək deyil, amma faydalı ola bilər”.
Karni həmçinin bildirib ki, Kanada insan hüquqlarına, xalqların öz müqəddəratını təyin etmək hüququna və ərazi bütövlüyünə böyük əhəmiyyət verir.
O, Ankaraya səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həll olunmamış məsələləri müzakirə etdiyini bildirib. Baş nazirin qeyd etdiyi kimi, birbaşa dialoq ona Ottavada əldə edilməsi mümkün olmayan müsbət nəticəyə nail olmağa imkan verib.
P.ƏMİRCANOV
XQ