Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Kanadanın Baş naziri Mark Karni Türkiyəni “NATO-nun son dərəcə vacib müttəfiqi” və “əhəmiyyətli regional güc” kimi xarakterizə edib.
"Cebheinfo.az" xəbər verir ki, Karni Torontoda jurnalistlərə verdiyi açıqlamada Türkiyə ilə münasibətlərə dair fikirlərini bölüşüb.
“Türkiyə NATO-nun inanılmaz dərəcədə vacib müttəfiqidir”, - deyən Karni əlavə edib ki, Balkanlardan Yaxın Şərqə, Qafqaza və daha geniş coğrafiyaya uzanan regionda Türkiyə ən mühüm strateji tərəfdaşlardan və güclərdən biridir.
Kanadanın Baş naziri bildirib ki, Ankara ilə münasibətlər getdikcə dərinləşir.Karni qeyd edib ki, 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Liderlər Zirvəsində iştirak edəcək.O, həmçinin ilin sonuna doğru Türkiyəyə yenidən səfər etməyi planlaşdırdığını vurğulayıb.“Türkiyə ilə münasibətlərimiz daha da inkişaf edir”, - deyə Karni bildirib.
Xatırladaq ki, 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdiyi üçün Kanada hökuməti Türkiyəyə qarşı silah embarqosu tətbiq edib. Bu embarqo qərarına görə, Kanada şirkətləri 250-300 milyon dollar arasında ziyan görüb.
30 yanvar 2024-cü ildə isə Kanada Türkiyəyə müdafiə sənayesi sahəsində qoyduğu embarqonu rəsmi olaraq ləğv edib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin