Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“MotoGP” üzrə dünya çempionatının Valensiyada keçirilən son mərhələsində ispaniyalı pilot Mark Markesin motosikleti sprint yarışının startından əvvəl alovlanıb.
İdman.Biz xəbər verir ki, “Dukati” komandasının pilotu yarışa ikinci mövqedən başlamalı idi. Motosiklet alovlandıqdan sonra təhlükəsizlik xidməti əməkdaşları ispaniyalı idmançının köməyinə gəliblər.
Hadisə səbəbindən sprint yarışının startı təxirə salınıb. Markesə isə pit-leyndən start götürmək və əlavə uzun dövrə keçmək cəzası verilib.
Qeyd edək ki, Markes cümə günü mövsümün sonunda peşəkar karyerasını başa vuracağını açıqlayıb. İspaniyalı pilot bundan əvvəl “MotoGP”də səkkizinci çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.