Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 17 noyabr, AZƏRTAC
Finlandiya Kiyevə 3,2 milyard avro ayırıb və bunun da 2,9 milyardı silah alınmasına yönəldilib.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Finlandiya Prezidenti Aleksander Stubb ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Finlandiya artıq Ukraynaya 3,2 milyard avro, o cümlədən zirehli transportyorlar və döyüş sursatları da daxil olmaqla silah alınması üçün 2,9 milyard avro ayırıb”, - deyə Rutte qeyd edib.
Öz növbəsində Stubb Finlandiyanın Kiyevə indiyədək “30 hərbi yardım paketi” çatdırdığını bəyan edib və Helsinkinin NATO çərçivəsində ABŞ-dan Ukrayna üçün silah alınmasında iştirakını davam etdirəcəyini vurğulayıb.